Latviyada NATO-nun təlimləri başlayıb

Latviyada NATO-nun təlimləri başlayıb Latviya 2004-cü ildən NATO-nun üzvüdür
Digər ölkələr
5 Aprel , 2021 16:11
Latviyada NATO-nun təlimləri başlayıb

Latviyada NATO-ya üzv dövlətlərin hərbi qüvvələrinin iştirakı ilə təlimlər başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Adaji hərbi poliqonunda “İron Spear” adı altında keçirilən təlimlərdə Latviya, Litva, Estoniya və Polşa hərbçiləri iştirak edirlər. Təlimlərin məqsədi Latviya və müttəfiq Silahlı Qüvvələrin əməkdaşlığını və qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaqdır.

Aprelin 9-dək davam edəcək təlimlərdə tanklardan və zirehli maşınlardan döyüş atışları yerinə yetirilir.

Qeyd edək ki, Latviya 2004-cü ildən NATO-nun üzvüdür.

Son xəbərlər

Orphus sistemi