Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib, 200-dən çox adam yaralanıb - VİDEO - YENİLƏNİB-3

Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib, 200-dən çox adam yaralanıb - VİDEO - YENİLƏNİB-3 Polis əsas şübhəli şəxsin adını açıqlayıb
Digər ölkələr
2 Oktyabr , 2017 14:40
Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib, 200-dən çox adam yaralanıb - VİDEO - YENİLƏNİB-3
Getty İmages

Bakı. 2 oktyabr. REPORT.AZ/ Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib.

"Report" xəbər verir ki, bu barədə şəhərin şerifi Cozef Lombardo bildirib.

Onun sözlərinə görə, silahlı insident nəticəsində 200-dən çox adam yaralanıb.

Şerif həmçinin hadisəni törətməkdə əsas şübhəli sayılan şəxsin adını da açıqlayıb. Bu, Stiven Paddokdur.

Yerli KİV-in məlumatına görə, hazırda insidentlə əlaqədar Marilu Danli adlı şəxsin axtarışı aparılır.


***14:40

Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 20-yə çatıb, 100-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə şəhərin şerifi Cozef Lombarqo mətbuat konfransında məlumat verib.

Eyni zamanda, 14 nəfərin vəziyyəti kritikdir.

Ölənlər arasında polis məmurları da var.

Şerifin sözlərinə görə, vəziyyət nəzarət altındadır, atəş açan şəxs zərərsizləşdirilib, onun motivləri hələlik məlum deyil.


*** 11:05

Las-Veqasda "Mandalay Bay Casino" kazinosu yaxınlığında baş verən atışmada azı iki nəfər ölüb, daha 24 nəfər yaralanıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Eyni zamanda, hadisə şahidləri silahlı insident nəticəsində ölən və yaralananların daha çox olduğunu bildiriblər.

Hazırda kazino yaxınlığında əməliyyat qərargahı açılıb, polis xüsusi əməliyyatlar keçirir.


*** 10:47

Las-Veqasdakı ən böyük kazino qarşısında atışma baş verib. 

Bu barədə "Report" "New York Times"a istinadən xəbər verir.

"Mandalay Bay Casino"nun yaxınlığında atışma barədə məlumatı araşdırırıq. Hamını bu ərazidən yan keçməyə çağırırıq", - polisin "Twitter"də yerləşdirdiyi məlumatda deyilir.

Öz növbəsində, "Hollywood Reporter" qəzeti kazino yaxınlığındakı atışma nəticəsində azı 20 nəfərin yaralandığını bildirir.

Silahlının "Mandalay Bay Hotel" mehmanxana kompleksinin eyvanından atəş açdığı güman edilir. O, yaxınlıqda keçirilən kantri-musiqi festivalına toplaşanları nişan alıb.

Məlumata görə, silahlı çox güman ki, qaçıb gizlənməyə çalışır. Hüquq-mühafizə orqanları kazinoya yaxın yolların bağlanması barədə xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi