KXDR yeni zenit raketin sınağını keçirib

KXDR yeni zenit raketin sınağını keçirib Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 30-da yeni zenit raketinin sınağını keçirdiyini bildirib.
Digər ölkələr
1 Oktyabr , 2021 02:15
KXDR yeni zenit raketin sınağını keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 30-da yeni zenit raketinin sınağını keçirdiyini bildirib.

“Report”un məlumatına görə, bu barədə KXDR-in "Koreyanın Səsi" mərkəzi radiostansiyası məlumat yayıb.

Məlumata görə, raketin buraxılışı KXDR-in Hərbi Elmlər Akademiyası tərəfindən hazırlanmış buraxılış qurğusunun, radarın və raketin döyüş xüsusiyyətlərini yoxlamaq məqsədilə həyata keçirilib.

Qeyd edək ki, bu, KXDR-in son günlər keçirdiyi növbəti sınaqdır. Koreya Xalq Demokratik Respublikası sentyabrın 28-də də yeni "Xvason-8" yeni hipersəsli raketinin sınaqlarını keçirib.

Raket KXDR-in Hərbi Elmlər Akademiyası tərəfindən hazırlanıb.

Son xəbərlər

Orphus sistemi