KXDR şərq sahillərində ballistik raketlər yerləşdirib

KXDR şərq sahillərində ballistik raketlər yerləşdirib Raketlər Kim İr Senin doğum günü münasibətilə keçiriləcək bayram mərasimlərində sınaqdan keçiriləcək
Digər ölkələr
14 Aprel , 2016 05:06
KXDR şərq sahillərində ballistik raketlər yerləşdirib

Bakı. 14 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası özünün şərq sahilində orta uzaqlığa malik ballistik raketləri olan bir və ya iki hərəkətli "Musudan" (BM25) raket kompleksini yerləşdirib.

"Report"un məlumatına görə, bu barədə hökumət dairələrində mənbələrə istinadən "Ryonxap" agentliyi xəbər verib.

Məlumatda bildirilir ki, hərbi texnika ilk dəfə Kanvondo əyalətinin Vonsan şəhərində aşkar qeyd edilib. Raketlərin Kim İr Senin doğum günü (aprelin 15-də) münasibətilə keçiriləcək bayram mərasimlərində sınaqdan keçiriləcəyi istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi