KXDR orta mənzilli ballistik raketi sınaqdan keçirib

KXDR orta mənzilli ballistik raketi sınaqdan keçirib Bu, Şimali Koreyanın üzərində işlədiyi yeni tip raketdir
Digər ölkələr
15 May , 2017 01:58
KXDR orta mənzilli ballistik raketi sınaqdan keçirib

Bakı. 15 may. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) "yer-yer" tipli orta mənzilli raketi sınaqdan keçirdiyini bildirib.

"Report"un məlumatına görə, bu barədə "Renxap" agentliyi xəbər verib.

KXDR-in dövlət telekanalı isə "Hwasong-12" adlı raketin sınağının uğurlu olması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, raket 787 kilometr uçub. 

Bu, Şimali Koreyanın üzərində işlədiyi yeni tip raketdir.

Son xəbərlər

Orphus sistemi