KXDR lideri Sinqapurun baş nazirinə təşəkkür edib

KXDR lideri Sinqapurun baş nazirinə təşəkkür edib Bakı. 11 iyun. REPORT.AZ/ KXDR lideri Kim Çen In Sinqapurun baş naziri Li Syan Luna ABŞ-la keçiriləcək sammitin təşkilinə görə təşəkkür edib.
Digər ölkələr
11 İyun , 2018 05:50
KXDR lideri Sinqapurun baş nazirinə təşəkkür edib

Bakı. 11 iyun. REPORT.AZ/ KXDR lideri Kim Çen In Sinqapurun baş naziri Li Syan Luna ABŞ-la keçiriləcək sammitin təşkilinə görə təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

"Mən KXDR hökuməti və vətəndaşları adından Sinqapur hökumətinə və vətəndaşlarına ən xoş arzularımı çatdırmaq və onları ürəkdən salamlamaq istərdim", - deyə KXDR rəhbəri bildirib.

Şimali Koreya lideri KXDR-ABŞ tarixi sammitinin təşkilində köməyə görə də təşəkkürünü bildirib.

Qeyd edilir ki, Kim Çen In Sinqapurun baş naziri ilə görüşdə səfər kitabını da şəxsən özü imzalayıb.

Son xəbərlər

Orphus sistemi