Yuxarı
    Bağlamaq

    ​Kim Çen In KXDR-in düşmənləri ilə münasibətlərini normallaşdıracağını bildirib

    Kim Çen In KXDR-lə düşmənçilik edən dövlətlərlə münasibətləri normallaşdırmağın tərəfdarı olduğunu deyib

    Bakı. 8 may. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi KXDR-in nüvə silahının yayılmaması üzrə öhdəliyi yerinə yetirəcəyini bəyan edib. "Report"un məlumatına görə, yerli mediaya əsasən "RİA Novosti" xəbər yayıb.

    Xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsinin nüvə silahının yayılmaması haqda öhdəliyə əməl edəcəyini bildirib.

    Bu arada Kim Çen In KXDR-lə düşmən siyasəti aparmış dövlətlərlə də münasibətləri normallaşdırmağın tərəfdarı olduğunu da əlavə edib. O, bildirib ki, Koreya Xalq Demokratik Respublikasına qarşı düşmənçilik siyasəti yürüdən dövlətlərlə münasibətləri nizamlamağa hazırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi