KXDR-in etirazına baxmayaraq Cənubi Koreya ABŞ ilə birgə təlimlərə davam edəcək
- 16 may, 2018
- 08:32
Bakı. 16 may. REPORT.AZ/ Cənubi Koreya və ABŞ KXDR-in etirazlarına baxmayaraq, "Max Thunder" Hərbi Hava Qüvvələrinin birgə manevrlərini davam etdirəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Təlimlər plana uyğun şəkildə davam edəcək, nə Cənubi Koreyanın, nə də ABŞ-ın bu məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Təlimlərin məqsədi əməliyyat planı və ya hücum tapşırığı yox, pilotların bacarığının artırılmasıdır", - nazirlikdən bildirilib.
Qeyd edək ki, daha əvvəl Koreya Mərkəzi Teleqraf Agentliyi keçən həftə ABŞ-Cənubi Koreya "Max Thunder" hərbi-hava təlimlərinin başlaması səbəbindən KXDR hökumətinin mayın 16-na təyin edilən rəsmi Seul ilə danışıqları ləğv etdiyini xəbər verib. Rəsmi Pxenyan həmçinin ABŞ-KXDR sammitinin keçirilməsini də sual altında qoyub.