Küveytdə NATO-nun əməliyyat mərkəzi açılıb

Küveytdə NATO-nun əməliyyat mərkəzi açılıb Qurumun məqsədi Küveyt, Bəhreyn,Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməkdir
Digər ölkələr
25 Yanvar , 2017 15:42
Küveytdə NATO-nun əməliyyat mərkəzi açılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Küveytdə Yaxın Şərq üzrə NATO-nun əməliyyat mərkəzinin təntənəli açılışı olub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, tədbirdə NATO-nun Baş katibi Yens Stoltenberq iştirak edib.

Onn sözlərinə görə, son illər NATO-nun İordaniyada yerləşən təlim bazasında İraqın yüzlərlə hərbçisi və polisi İŞİD-ə qarşı mübarizə aparmaq üçün hazırlıq keçib.

Baş katib qeyd edib ki, mərkəz istinasız olaraq, “cihadçılara” qarşı mübarizədə iştirak edəcək.

Məlumata görə, mərkəz körfəz dövlətləri ilə sıx əməkdaşlıq edəcək. Qurumun məqsədi Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Səudiyyə Ərəbistanı və Oman da Körfəz ölkələri Əməkdaşlıq Şurasına daxildir, lakin bu mərkəzə qoşulmaq üçün onlar hələ yekun qərar qəbul etməyiblər. 

Son xəbərlər

Orphus sistemi