Bakı. 11 avqust. REPORT.AZ/ Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 00:59-da Sakit okeanda, Şikotan adasından 55 km şərqdə, 80 km dərinlikdə baş verib.
Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb.
Zəlzələ ilə əlaqədar Saxalin vilayətində sunami xəbərdarlığı elan edilməyib.