Kuleba: Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar qərarı Avropa üçün yeni başlanğıcdır
Kuleba: Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar qərarı Avropa üçün yeni başlanğıcdırUkraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı Şurasının qərarına münasibət bildirib.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı Şurasının qərarına münasibət bildirib.
"Report" xəbər verir ki, Kuleba "X" səhifəsindəki paylaşımında qərarı alqışladığını qeyd edib.
"Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərarın verilməsi Ukrayna və bütün Avropa üçün yeni başlanğıcdır. Mən Aİ-yə və bütün liderlərə verdikləri sözü tutduqlarına görə təşəkkür edirəm. Moldovanı da təbrik edirəm".
What a historic day! One emotion dominates: everything was not in vain.
The decision to open Ukraine’s EU accession talks is a new beginning for Ukraine and all of Europe.
I thank the EU and all leaders for keeping their word.