Kubada təyyarə qəzası qurbanlarının dəfni mərasimi başlayıb

Kubada təyyarə qəzası qurbanlarının dəfni mərasimi başlayıb Bakı. 21 may. REPORT.AZ/ Kubada təyyarə qəzası qurbanlarının dəfni mərasimi başlayıb.
Digər ölkələr
21 May , 2018 03:52
Kubada təyyarə qəzası qurbanlarının dəfni mərasimi başlayıb

Bakı. 21 may. REPORT.AZ/ Kubada təyyarə qəzası qurbanlarının dəfni mərasimi başlayıb.

"Report" "Qranma" nəşrinə istinadən xəbər verir ki, ilk olaraq sahilyanı Xibara şəhərciyinin 29 yaşlı müəlliməsi Suyen Lisandro Fiqeredo və onun 7 yaşlı qızı Alekso ilə vida mərasimi keçirilib.

Nəşrin məlumatına görə, mərasim yerli mədəniyyət evində baş tutub. Havana İnstitutunun Məhkəmə Tibb Ekspertizasının rəhbəri Serxio Rabell bildirib ki, qəzanın 20 qurbanının cəsədləri müəyyən edilib. Onun sözlərinə görə, cəsədlərin tanınması hələ bir neçə həftə davam edəcək.

Bununla belə, həkimlər qəzada ağır xəsarət alan 3 qadının həyatını xilas etmək uğrunda mübarizəni davam etdirirlər. Onlar Havananın Kaliksto Qarsiya adına xəstəxanada kritik vəziyyətdədirlər.

Mayın 19-u və 20-i faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkədə ümummilli matəm elan olunub. Ölkənin hər yerində dövlət bayraqları endirilib.

Son xəbərlər

Orphus sistemi