Kubanın kommunist hökuməti ölkədə ötən ay dövlət əleyhinə kütləvi etirazlardan sonra kiçik və orta şəxsi biznesi leqallaşdırıb.
“Report” xəbər verir ki, bu barədə
Yeni qaydalara görə, müəssisələrin 100-ə qədər işçi sayı ilə fəaliyyətinə icazə veriləcək. Prezident Miqel Dias-Kanel bildirib ki, Kuba öz iqtisadi modelinin yenilənməsi üzrə qətiyyətli addımlara təşəbbüs edir.
Daha əvvəl Kuba hakimiyyəti ölkədə baş verən iğtişaşlardan sonra, səyahət edənlərə müvəqqəti olaraq ərzaq və dərman idxalının rüsumsuz idxalına icazə verib.
Tənqidçilər hesab edirlər ki, hökumətin planları ölkədə iqtisadi böhrana görə keçirilən iyul etirazlarına görə sürətləndirilib. Vətəndaşlar koronavirus vaksinlərinə giriş tələb edir, həmçinin yoxsulluğa və defisitə qarşı etiraz edirdilər, onlar sonra hökumətin siyasətinə və hakimiyyətə qarşı çıxmağa başladılar. Havanada bildirirdilər ki, bu nümayişlərin təşkilinin arxasında ABŞ dayanır. Aksiyalarda onlarla etirazçı həbs edilib. Hakimiyyət bildirib ki, aksiyalar zamanı bir nəfər həlak olub.