Yuxarı

​Kuba ABŞ-a səfir göndərməyə hazırlaşır

Ceff Ratki :Bu məntiqli bir addım olardı

Bakı. 13 may. REPORT.AZ/ Kuba bu ilin mayın 29-dan sonra ABŞ-a səfir təyin edəcək.

"Report"un məlumatına görə, Kuba prezidenti Raul Kastro "Al-Jazzira"yə müsahibəsində belə deyib. 

Kubanın Vaşinqtona səfir göndərəcəyi haqda məlumatlara münasibət bildirən ABŞ Dövlət Departamenti sözçüsünün müavini Ceff Ratki isə qeyd edib ki, bununla bağlı hələlik açıqlama verə bilməyəcəklər: "Bu məntiqli bir addım olardı. Danışıqlar davam edir. Səfirlərin mübadiləsinin konkret vaxtı isə hələlik müəyyənləşməyib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi