Kseniya Sobçak Donald Tramp ilə səhər yeməyinə dəvət edilib

Kseniya Sobçak Donald Tramp ilə səhər yeməyinə dəvət edilib Bakı. 24 yanvar. REPORT.AZ/ Teleaparıcı Kseniya Sobçak ABŞ-a Birləşmiş Ştatların Prezidenti Donald Trampın da iştirakı ilə dua ediləcək səhər yeməyinə dəvət olunub.
Digər ölkələr
24 Yanvar , 2018 14:22
Kseniya Sobçak Donald Tramp ilə səhər yeməyinə dəvət edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Teleaparıcı Kseniya Sobçak ABŞ-a Birləşmiş Ştatların Prezidenti Donald Trampın da iştirakı ilə dua ediləcək səhər yeməyinə dəvət olunub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, K.Sobçak mətbuat katibi Kseniya Çudinova iş qrafikinin imkan verəcəyi təqdirdə teleaparıcının feveralın 1-də baş tutacaq səhər yeməyinə qatılacağını bildirib.

Onun sözlərinə görə, teleaparıcı ABŞ üç gün qalacaq və bu müddət ərzində o, çox sayda müxtəlif çıxışlar etməli və görüşlər keçirməlidir.

Xatırladaq ki, Kseniya Sobçak Rusiyada martın 18-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi