Yuxarı

Kristin Laqard, Leonardo Di Kaprio, Mark Zükerberq dünyanın 100 ən nüfuzlu adamı reytinqinə başçılıq edir

Time jurnalı növbəti reytinqini dərc edib

Bakı. 21 aprel. REPORT.AZ/ Kristin Laqard, Leonardo Di Kaprio, Mark Zükerberq və onun həyat yoldaşı Prisçilla Çan ABŞ-ın məşhur "Time" jurnalının tərtib etdiyi dünyanın 100 ən nüfuzlu insanı illik reytinqinə başçılıq edir.

"Report" xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.

Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard "liderlər", aktyor Leonardo Di Kaprio "kumirlər", Mark Zükerberq və həyat yoldaşı Prisçilla Çan isə "titanlar" kateqoriyasında siyahıya başlıq edir.

Qeyd edək ki, "Time" ilk dəfə dünyanın 100 ən nüfuzlu insanlarının reytinqini 1999-cu ildə dərc edib. Siyahıya, adətən, hərəkətləri, addımları ilə dünyadakı vəziyyətə böyük təsir göstərən insanlar daxil edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi