Yuxarı

Krım yarımadasına elektrik enerjisinin verilişi dayandırıb

Krım sakinləri isə azı 2 gün generatorlardan istifadə etməli olacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Ukrayna tərəfi Rusiyanın nəzarətində olan Krım yarımadasına elektrik enerjisinin verilişi dayandırıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Krımın Energetika Nazirinin Müavini Yevgeniy Dyomin bildirib.

Ötən gün Krım yarımadasını elektrik enerjisi ilə təmin edən ötürücü xətt Xerson vilayətinin ərazisində partladılıb. Ötürücü xəttlərin dirəklərinin sıradan çıxması səbəbi ilə enerjisi verilişində əvvəlcə fasilələr yaranıb, daha sonra isə enerji təçhizatı tamamilə dayanıb. Beləliklə, 1.9 milyon insan işıqsız qalıb.

"Ukrenerji" şirkətinin nümayəndələri təmir işlərinin azı iki sutka davam edəcəyini bildiriblər.

Krım sakinləri isə bu müddət ərzində generatorlardan istifadə etməli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi