Krım kollecində baş vermiş atışmanın kadrları yayılıb - VİDEO

Krım kollecində baş vermiş atışmanın kadrları yayılıb - VİDEO Bakı. 21 oktyabr. REPORT.AZ/ Krımın Kerç şəhərində yerləşən kollecdə baş vermiş silahlı insidentin video görüntüləri yayılıb.
Digər ölkələr
21 Oktyabr , 2018 16:22
Krım kollecində baş vermiş atışmanın kadrları yayılıb - VİDEO

Bakı. 21 oktyabr. REPORT.AZ/ Krımın Kerç şəhərində yerləşən kollecdə baş vermiş silahlı insidentin video görüntüləri yayılıb.

“Report” "Vesti Krım"a istinadən xəbər verir ki, kadrlarda Vladislav Roslyakovun tələbə və müəllimlərə atəş açdığı görünür.

Videoyazıda həmçinin kollecin otaqlarından birində partlayışın nəticələri müşahidə olunur.

Bundan əvvəl Kerç Politexnik Kollecində partlayış törətməkdə və atəş açmaqda şübhəli bilinən Vladislav Roslyakovun valideynlərinin cərimə ediləcəkləri məlum olub.

Son xəbərlər

Orphus sistemi