Kerçdə kollecdə atəş açanın valideynləri cərimə olunacaq

Kerçdə kollecdə atəş açanın valideynləri cərimə olunacaq Bakı. 18 oktyabr. REPORT.AZ/ Kerç Politexnik Kollecində partlayış törətməkdə və atəş açmaqda şübhəli bilinən Vladislav Roslyakovun valideynləri cərimə olunacaqlar.
Region
18 Oktyabr , 2018 16:46
Kerçdə kollecdə atəş açanın valideynləri cərimə olunacaq
politforums.net
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Kerç Politexnik Kollecində partlayış törətməkdə və atəş açmaqda şübhəli bilinən Vladislav Roslyakovun valideynləri cərimə olunacaqlar.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" məlumatlı mənbəyə istinadən xəbər verir.

Mənbə bildirib ki, polis artıq "valideyn vəzifələrinin düzgün yerinə yetirilməməsi" üzrə inzibati xəta haqqında protokolu rəsmiləşdirib. Cəzanın məbləği 500 rubl (təxminən, 8 ABŞ dollar) olacaq.

Məlumata görə, protokol dəfn mərasimindən sonra təqdim ediləcək.

Xatırladaq ki, oktyabrın 17-də Kerç Politexnik Kollecində partlayış və atışma baş verib. Nəticədə 21 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Şübhəli Vladislav Roslyakov intihar edib.

Son xəbərlər

Orphus sistemi