Kot-Divuarda yük təyyarəsi qəzaya uğrayıb, 4 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB

Kot-Divuarda yük təyyarəsi qəzaya uğrayıb, 4 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB Ölənlərin hamısı Moldova vətəndaşlarıdır
Digər ölkələr
14 Oktyabr , 2017 17:00
Kot-Divuarda yük təyyarəsi qəzaya uğrayıb, 4 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kot-Divuarda yük təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kot-Divuarın daxili işlər naziri Sidiki Diakite məlumat verib. 

Onun sözlərinə görə, ölənlərin hamısı Moldova vətəndaşlarıdır: "Yaralılardan 4-ü Fransa, 2-si Moldova vətəndaşıdır. Onlardan ikisinin vəziyyəti ağırdır". 


***14:52

Kot-Divuarda Ukrayna şirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarə bu gün, yerli vaxtla saat 08:30-da Kot-Divuarın paytaxtı Abican hava limanından qalxdıqdan qısa müddət sonra dənizə düşüb. 

Təyyarənin göyərtəsində Fransa Silahlı Qüvvələrinə məxsus yük olduğu bildirilir.   

Qəzaya fırtınanın səbəb olduğu və 4 nəfər ölduyü vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi