Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi tapılıb

Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi tapılıb Çinli təbiblər 2019-nCoV adlı koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi üsulunu tapıblar.
Digər ölkələr
287
23 Yanvar , 2020 13:42
Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi tapılıb

Çinli təbiblər 2019-nCoV adlı koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi üsulunu tapıblar.

“Report” “The Paper”ə istinadən xəbər verir ki, xəstəliyin yayılmağa başladığı Vuhan şəhərində uğurla sınaqdan keçirilən yeni üsul xəstənin qana oksigen vurulması (ECMO – Extracorporeal Mambrane Oxygenation) cihazına qoşularaq ağciyərlərin fəaliyyətini müvəqqəti dayandırıb onların müalicəsini həyata keçirməkdən ibarətdir. Bunu Vuhan Universitetinin "Jonqnan" hospitalının direktoru Sia Cian bildirib.

Yeni üsulla 53 yaşlı xəstəni sağaltmaq mümkün olub. 

China.org xəbər verir ki, yanvarın 17-də adıçəklilən hospitala ağır vəziyyətdə çatdırılan həmin xəstənin ağciyərinin fəaliyyəti bərpa olunub, xəstənin vəziyyəti düzəlib və bu həftə evə göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, yeni koronavirusun törətdiyi bu xəstəliyə indiyədək 532 nəfərin yoluxduğu, 17 xəstənin isə öldüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi