Yuxarı

Körfəz dövlətləri hərbi birlik yaradır

Onlar İnterpola oxşar qurum da təsis edib

Bakı.10 dekabr. REPORT.AZ/ Dohada keçirliən sammitdə körfəzdəki 6 dövlət ekstremist qrupların bölgədə fəaliyyətinin yayılmasından narahat olduqlarını bildiriblər.

"Report" "Associated press"ə istinadən xəbər verir ki, tərəflər vahid hərbi-dəniz qüvvələri və polis xidmətinin yaradılması haqda qərar qəbul ediblər. Həmin koalisiyaya Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Oman və Birləşmiş Ərəb Əmirliyi daxildir. Hərbi Dəniz Qüvvələrinin mənzil-qərargahı Bəhreyndə yerləşəcək.

Qətərin xarici işlər naziri Xalid bin-Məhəmməd əl-Attiya deyib ki, polis xidməti terrorçuluğa qarşı mübarizədə daha çox səmərə verə bilər: "Bu, "İnterpol"a oxşayacaq. Ancaq onun fəaliyyəti körfəz daxilində olacaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi