Yuxarı

Şimali və Cənubi Koreya arasında danışıqlar bərpa edilib

Müzakirələrin nə qədər davam edəcəyi bəlli deyil

Bakı. 23 avqust. REPORT.AZ/ Şimali və Cənubi Koreya rəsmiləri yarımadada mümkün müharibənin qarşısını almaq məqsədilə bu gün günorta saatlarında danışıqları bərpa ediblər.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, ötən gün başlayan danışıqların ilkin mərhələsi 10 saat sonraya təxirə salınmışdı.

Rəsmilər müzakirələr barədə ictimaiyyətə məlumat vermədiyi üçün danışıqlarda hər hansı irəliləyişin olub-olmadığı və müzakirələrin nə qədər davam edəcəyi bəlli deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi