Konqoda gəmi qəzası nəticəsində 60-dan çox insan ölüb

Konqoda gəmi qəzası nəticəsində 60-dan çox insan ölüb Konqo Demokratik Respublikasının Ruanda ilə sərhədindəki Kivu gölündə gəmi qəzası zamanı 60-dan çox insan həlak olub.
Digər ölkələr
185
21 İyun , 2020 03:51
Konqoda gəmi qəzası nəticəsində 60-dan çox insan ölüb

Konqo Demokratik Respublikasının Ruanda ilə sərhədindəki Kivu gölündə gəmi qəzası zamanı 60-dan çox insan həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Actualite" nəşri bildirib.

Əvvəlcə qeyd edilirdi ki, hadisə yerinə gələn xilasedicilər sudan 20 nəfəri çıxartmağa müvəffəq olub.

Nazirlər Şurasının məruzəsinə əsasən, Kivu gölündə gəminin çevrilməsi nəticəsində ölənlərin son sayı 61 nəfər təşkil edib. Cənubi Kivu əyalətinin nəqliyyat naziri bildirib ki, qəzaya gəminin normadan artıq yüklənməsi və güclü külək səbəb olub.

Son xəbərlər

Orphus sistemi