Konqoda 930 məhbus həbsxanadan qaçıb

Konqoda 930 məhbus həbsxanadan qaçıb Məhbusların hücumu nəticəsində həbsxananın 8 keşikçisi ölüb
Digər ölkələr
12 İyun , 2017 12:05
Konqoda 930 məhbus həbsxanadan qaçıb

Bakı. 12 iyun. REPORT.AZ/ Konqonun şərqində Uqanda ilə sərhəddə, Şimali Kivu əyalətinin Beni şəhərində yerləşən cəza müəssisəsində iyunun 12-də dustaqların keşikçilərə hücumu nəticəsində 930 məhbus qaçıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarından bildirilib.

Məhbusların hücumu nəticəsində həbsxananın 8 keşikçisi ölüb. Onlar keşikçilərin üzərinə ağır silahla hücum ediblər. Həbsxanadakı hücumun arxasında dayanan qüvvə hələlik məlum deyil.

Keşikçilərə hücum edənlər arasında son illər yerli mülki vətəndaşların kütləvi qətlində iştirak edənlər də var.

Hakimiyyətin şəhərdə və onun ətrafında komendant saatı tətbiq etdiyi barədə də məlumat yayılıb. 

Son xəbərlər

Orphus sistemi