Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı

Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı Bakı. 22 yanvar. REPORT.AZ/ Kolumbiyada sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
22 Yanvar , 2018 23:03
Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı

Bakı. 22 yanvar. REPORT.AZ/ Kolumbiyada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Noticias24" məlumat yayıb.

Məlumata görə, hadisə Antokiya departamentində baş verib. Belə ki, avtobusun yük avtomobili ilə toqquşaraq aşması nəticəsində azı 5 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.

Bu, Kolumbiyada gün ərzində baş vermiş ikinci ağır qəzadır. Belə ki, daha əvvəl ölkənin şimalında, Pasto və Tumako şəhərləri arasında sərnişin avtobusunun dərəyə aşması nəticəsində 13 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi