Kolumbiya və Boliviyanın sabiq prezidentləri Kubada saxlanılıb

Kolumbiya və Boliviyanın sabiq prezidentləri Kubada saxlanılıb Onların ölkə ərazisinə keçməsinə icazə verilməyib
Digər ölkələr
8 Mart , 2018 05:09
Kolumbiya və Boliviyanın sabiq prezidentləri Kubada saxlanılıb

Bakı. 8 mart. REPORT.AZ/ Kubanın paytaxtı Havananın beynəlxalq aeroportunda Kolumbiya və Boliviyanın sabiq prezidentləri Andres Pastaranu və Xorxe Kiroqu saxlanılaraq ölkədən xaric edilib.

“Report” xəbər verir ki, bu barədə yerli "Prensa Latina" agentliyi məlumat yayıb.

"Kuba ölkə əleyhinə təxribata cəlb edilmiş Kolumbiya və Boliviyanın keçmiş prezidentləri Andres Pastrana və Xorxe Kiroqanın ölkəyə girişinə icazə verməyib", - deyə məlumatda bildirilir.

Sabiq prezidentlərin Kubaya Boqotadan, əks-inqilabçı qruplar tərəfindən verilən mükafatları almaq üçün gəldikləri bildirilir.

Onlar martın 8-də Kubanın "Latın Amerikasının demokratiya naminə gənclər şəbəkəsi" dissident təşkilatın təqdim etdiyi mükafatların verilmə mərsimində iştirak etməyi planlaşdırıblar.

Son xəbərlər

Orphus sistemi