Yuxarı

​Klinton məşhurluğuna görə Trampı 8 faiz qabaqlayır

Potensial seçicilərin 43%-i demokratlara səs verməyə hazırdır

Bakı. 3 avqust. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Kliton məşhurluğuna görə respublikaçı rəqibi Donald Tramp ilə arasındakı fərqi artırıb.

"Report" xəbər verir ki, "Reuters" agentliyi və "Ipsos" şirkəti tərəfindən aparılan sorğunun nəticələri bunu deməyə əsas verir.

Bugünkü sorğuya görə, potensial seçicilərin 43%-i Klintona, 35%-i Trampa, 9%-i isə başqa namizədə səs verməyə hazırdır.

Sorğu 28 iyul - 1 avqust tarixlərində aparılıb və burada səs verməyə gedəcəyini bildirən 1, 289 ABŞ vətəndaşı iştirak edib.

Belə olan halda Klinton əvvəlki sorğu (6 faiz) ilə müqayisədə Tramp ilə arasındakı fərqi 8 faizə qədər artırıb.

ABŞ-da prezident seçkiləri cari ilin 8 noyabr tarixində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi