Ukrayna HHQ-nin sözçüsü: “Kiyevə atılan “İsgəndər-M” raketlərinin hamısı zərərsizləşdirilib” - YENİLƏNİB-2

Ukrayna HHQ-nin sözçüsü: “Kiyevə atılan “İsgəndər-M” raketlərinin hamısı zərərsizləşdirilib” - YENİLƏNİB-2 Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Kiyevdə partlayışların olduğunu təsdiqləyib.
Digər ölkələr
11 Noyabr , 2023 13:02
Ukrayna HHQ-nin sözçüsü: “Kiyevə atılan “İsgəndər-M” raketlərinin hamısı zərərsizləşdirilib” - YENİLƏNİB-2

“Rusiya bu gün səhər saatlarında paytaxt Kiyevi yenidən raket atəşinə tutub. İlkin məlumata görə, şəhərə “İsgəndər-M” tipli ballistik raketlər atılıb”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuri İqnat bildirib.

Onun sözlərinə görə, həmin raketlər “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib: “Yerli hərbi administrasiyanın ilkin məlumatına görə, infrastruktura ciddi zərər dəyməyib və insanlar arasında da itki yoxdur. Bir sözlə, işğalçıların növbəti hücumu dəf edilib”.

Y.İqnat əlavə edib ki, Rusiya noyabrın 11-nə keçən gecə Ukrayna ərazisinə üç istiqamətdə 31 “Shahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edərək hücum həyata keçirib: “Bu PUA-ların 12-i Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Rusiya əsasən sərhəd bölgəsinə hücumlar həyata keçirib. Bundan başqa, Rusiya Ukrayna ərazisinə 3 raketlə zərbə endirib: X-31, P-800 “Oniks” və S-300”.

11:34

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Kiyevdə partlayışların olduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, o, şəhərə ballistik raketlərin atıldığını bildirib.

Y.İqnatın sözlərinə görə, paytaxtdakı hava həyəcanı sistemləri hücumdan sonra işə düşüb.

Dağıntı və itki barədə hələ ki, məlumat yoxdur.

10:21

Bu gün Ukraynanın paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhər vilayətlərinə hava zərbələri endirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, ötən gecədən bütün ölkə boyu kütləvi hava həyəcan siqnallarının ardınca səhər saatlarında Rusiya tərəfindən endirilən hava zərbələrinin qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da onlardan şəhərə düşənlər də olub.

Hücumlar nəticəsində bu dəqiqələrdə Kiyev şəhərində güclü partlayışlar baş verib. Hücumun nəticələri ilə bağlı hələ ki rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə ay idi paytaxt Kiyevdə sakitlik idi.

Son xəbərlər

Orphus sistemi