Kiyev və Kopenhagen şəhərləri qardaşlaşır
- 10 yanvar, 2023
- 08:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın paytaxtı Kiyevlə Danimarkanın paytaxtı Kopenhagen şəhərləri qardaşlaşır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kopenhagenin meri Sofi Hestorp Andersen məlumat verib.
Onun sözlərinə görə, məqsəd Kiyev və Ukraynaya dəstək nümayiş etdirməkdir: "Biz il ərzində bir neçə min ukraynalı qəbul etdik və onlara çətin anlarda kömək etmək üçün əlimizdən gələni edirik. Amma ümid edirəm ki, biz onların vətənləri üçün daha çox şey edə bilərik”.
Kiyev meri Vitali Kliçko iki paytaxt arasında müqavilə bağlamaq üçün Kopenhagen meri ilə əlaqə saxlayıb. Mütəxəssislər hazırda müqavilənin mətni ilə bağlı müzakirələr aparırlar.
Bildirilib ki, yerli hakimiyyət orqanları müqaviləni təsdiqləməlidirlər.
Müqavilənin üç il müddətinə qüvvədə olacağı gözlənilir.