KİV: "Pentaqon Kabil hava limanı yaxınlığındakı hücum barədə əvvəldən məlumatlı olub"

KİV: "Pentaqon Kabil hava limanı yaxınlığındakı hücum barədə əvvəldən məlumatlı olub" Pentaqon Kabil hava limanı yaxınlığındakı hücum barədə bir neçə saat əvvəldən məlumatlı olub.
Digər ölkələr
30 Avqust , 2021 16:44
KİV: Pentaqon Kabil hava limanı yaxınlığındakı hücum barədə əvvəldən məlumatlı olub
CNN.com

"Pentaqon Kabil hava limanı yaxınlığındakı hücum barədə bir neçə saat əvvəldən məlumatlı olub".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Qəzet yazır ki, terrorçu-kamikadze hava limanı yaxınlığında özünü partlatmazdan 24 saat əvvəl hərbçilər Əfqanıstanda pisləşməkdə olan vəziyyəti müzakirə etmək üçün gündəlik iclas keçiriblər.

Məxfi sənədlərə görə, Pentaqon rəhbəri Lloyd Ostin nazirliklərin rəhbər şəxslərinə çoxsaylı qurbanları olacaq qaçılmaz hadisələrə hazırlaşmaqla bağlı tapşırıq verib.

Xatırladaq ki, Kabil hava limanının buraxılış məntəqələrindən birinin yaxınlığında törədilmiş partlayış nəticəsində Əfqanıstandan təxliyə işini təmin edən 13 ABŞ hərbçisi və ölkədən qaçmaq ümidi ilə hava limanının ətrafında toplaşmış 200 nəfər yerli sakin həyatını itirib.

Son xəbərlər

Orphus sistemi