KİV: Myanmarda saxlanılan etirazçılar sərbəst buraxılır

KİV: Myanmarda saxlanılan etirazçılar sərbəst buraxılır Hərbi xuntanın bu addımı etiraz hərəkatını yatızdırmaq məqsədi ilə atdığı deyilir
Digər ölkələr
24 Mart , 2021 13:19
KİV: Myanmarda saxlanılan etirazçılar sərbəst buraxılır

Myanmarın hərbi rejimi kütləvi etiraz aksiyaları zamanı saxlanılan 628 nəfəri sərbəst buraxıb.

“Report” AP-yə istinadən xəbər verir ki, bu barədə dövlət televiziyası məlumat verib.

Hərbi xuntanın bu addımı etiraz hərəkatını yatızdırmaq məqsədi ilə atdığı deyilir. Şahidlər paytaxt Yanqonda siyasi dustaqların saxlanıldığı məşhur İnsein həbsxanasından avtobuslarla gənc etirazçıların daşındığını bildiriblər. Bunların mart ayında hərbi xuntaya qarşı, seçilmiş hökumətə dəstək aksiyaları zamanı polis tərəfindən saxlanılmış tələbələr olduğu güman edilir.

Xatırladaq ki, bu il fevralın 1-də Myanmarda hərbi çevriliş baş verib. Hakimiyyəti ələ keçirən hərbi rəhbərlik noyabr ayındakı seçkilərdə geniş saxtakarlıqlara yol verildiyini irəli sürərək ölkədə fövqəladə vəziyyət elan edib və yeni hökumət qurub. Həmin vaxtdan ölkə boyu kütləvi etiraz aksiyaları ara vermir.

Myanmar Siyasi Dustaqlara Dəstək Assosiasiyasının məlumatına görə, çevrilişdən sonra hərbi xuntanın həyata keçirdiyi cəza tədbirləri ilə bağlı bütövlükdə 275 nəfər öldürülüb, 2 812 nəfər həbs edilib və ya barələrində ittiham irəli sürülüb, 2 418 nəfər nəzarətə götürülüb və ya barələrində ittihamlar təxirə salınıb. Həbs olunanlar arasında 40 jurnalist də var.

Son xəbərlər

Orphus sistemi