Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən Yapon dənizinə atılmış mərmi ehtimal ki, ballistik raket olub.
“Report”un məlumatına görə, bu barədə “Kiodo” agentliyi xəbər verib.
"Yaponiya hesab edir ki, Şimali Koreyanın buraxılmış mərmi ballistik raket idi", - agentliyin saytındakı xəbərdə deyilir.
Qeyd edək ki, Cənubi Koreya ordusunun Qərargah Rəislərinin Birləşmiş komitəsi Koreya Xalq Demokratik Respublikasının Yapon dənizinə tərəf naməlum mərmi atması barədə məlumat yayıb.
Xatırladaq ki, bu, KXDR-in son həftələrdə keçirdiyi növbəti hərbi sınaqdır. Sentyabrın 16-da Koreya Xalq Demokratik Respublikası Pxyonan-Namdo əyalətinin Yandok rayonundan Yapon dənizinə tərəf iki ballistik raketi işə salıb. KXDR lideri Kim Çen In sınaqlarda iştirak etməyib.