Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında ABŞ-nin təklif etdiyi atəşkəs planına razılıq verib.
"Report" xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyindəki mənbəyə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ-nin irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və köçkünlərin tədricən öz evlərinə qayıtmasını nəzərdə tutur.
HƏMAS-ın nümayəndə heyəti sazişin təfərrüatlarını və onun həyata keçirilmə vaxtını müzakirə etmək üçün yaxın bir neçə gün ərzində Qahirəyə gedəcək.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox insanın, o cümlədən uşaqlar, qadınlar və qocaların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
İsrail tərəfi cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.