KİV: Fransa Silahlı Qüvvələri 2025-ci ildə NATO təlimlərində iştirak edəcək

KİV: Fransa Silahlı Qüvvələri 2025-ci ildə NATO təlimlərində iştirak edəcək Fransa Silahlı Qüvvələri 2025-ci ildə Rumıniyada keçiriləcək NATO-nun irimiqyaslı “Dacian Spring” təlimlərində iştirak edəcək.
Digər ölkələr
8 Oktyabr , 2024 19:24
KİV: Fransa Silahlı Qüvvələri 2025-ci ildə NATO təlimlərində iştirak edəcək

Fransa Silahlı Qüvvələri 2025-ci ildə Rumıniyada keçiriləcək NATO-nun irimiqyaslı “Dacian Spring” təlimlərində iştirak edəcək.

"Report"un məlumatına görə, Avropanın "Politico" nəşri yazır ki, təlimlər münaqişə zamanı Rusiyanı dayandırmaq üçün qüvvələri alyansın şərq cinahına yerləşdirməyə hazırlığını nümayiş etdirəcək.

“İndi bizim konkret düşmənimiz var və biz müharibəyə gedəcəyimiz insanlarla təlim keçirik”, - Fransa quru qoşunlarının Avropa komandanlığının rəhbəri, general Bertran Tujuz bildirib.

O əlavə edib ki, “Dacian Spring” təlimi “strateji siqnal”dır.

Nəşr qeyd edir ki, son bir neçə ildə Fransanın quru qoşunları Ukraynadakı müharibəyə bənzər yüksək intensivlikli münaqişəyə hazır olmaq üçün genişmiqyaslı transformasiyaya başlayıb. 2025-ci il Fransa ordusu üçün həlledici sınaq olacaq.

Son xəbərlər

Orphus sistemi