KİV: Suriya paytaxtında təlimlərdən qalan sursatlar partladılıb
- 24 iyun, 2025
- 19:38
Suriya təhlükəsizlik qüvvələri Dəməşqdə təlimlərlərdən qalan sursatları partladıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə mənbə bildirib.
Mənbəyə görə, bu hərəkətlər əhali üçün təhlükə yaratmayıb. Şəhərin hər yerində eşidilən partlayışlar hərbçilərin nəzarəti altında baş verib.
Axşam saatlarında yerli sakinlər güclü partlayış səsi eşidib və şəhərin qərb rayonlarında tüstü sütununun yüksəldiyini görüblər.
19:38
Suriyanın paytaxtı Dəməşqdə partlayış səsləri eşidilib.
“Report” xəbər verir ki, bu barədə Suriya televiziya kanalı “Al-Ikhbaria” məlumat yayıb.
Bəzi məlumatlara görə, hadisə Suriyanın paytaxtının cənub-qərbində yerləşən Əl-Məzza rayonunda baş verib. Öz növbəsində “Reuters” bildirib ki, şəhərin qərb tərəfində partlayışdan sonra tüstü görünür.