KİV: Britaniya büdcədəki boşluğa görə müdafiə xərclərini azaltmağı düşünür

KİV: Britaniya büdcədəki boşluğa görə müdafiə xərclərini azaltmağı düşünür Böyük Britaniyanın Müdafiə Nazirliyi hökumət büdcədə boşluq aşkar etdikdən sonra hərbi xərcləri azaltmağı düşünür.
Digər ölkələr
8 Avqust , 2024 08:55
KİV: Britaniya büdcədəki boşluğa görə müdafiə xərclərini azaltmağı düşünür

Böyük Britaniyanın Müdafiə Nazirliyi hökumət büdcədə boşluq aşkar etdikdən sonra hərbi xərcləri azaltmağı düşünür.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Krallığın Müdafiə Nazirliyi hərbi-sənaye kompleksinin müəssisələrinə ölkədəki ağır maliyyə vəziyyəti ilə əlaqədar büdcənin azaldılmasının mümkün yolları barədə hesabat təqdim etmək xahişi ilə müraciət edib. Nəşr qeyd edib ki, belə bir qərar bəzi hərbi müqavilələrin icrasında gecikmələrə səbəb ola bilər.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili hərbi xərclərin ÜDM-in 2,5%-nə (hazırda ÜDM-in təxminən 2,3%-i) qədər artırılmasının tərəfdarı olduğunu bildirib. Eyni zamanda o, Londonun bu məqsədə hansı ilə çatmağı planlaşdırdığını dəqiqləşdirməyib.

Son xəbərlər

Orphus sistemi