KİV: Baydenlə əlaqəli beyin mərkəzində gizli sənədlər tapılıb

KİV: Baydenlə əlaqəli beyin mərkəzində gizli sənədlər tapılıb Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.
Digər ölkələr
10 Yanvar , 2023 07:15
KİV: Baydenlə əlaqəli beyin mərkəzində gizli sənədlər tapılıb
Cozef Bayden

Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.

“Report” xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Qeyd olunub ki, hazırda ABŞ Ədliyyə Departamenti hazırda sənədlərin ora necə aparıldığını araşdırır. 2018-ci ildə Pensilvaniya Universitetinin dəstəyi ilə açılan Bayden Diplomatiya və Qlobal İştirak Mərkəzində 10-a yaxın məxfi sənəd aşkarlanıb.

Ağ Evin faktı təsdiq edib. Belə ki, sənədlər Baydenin vəkilləri tərəfindən 2022-ci il noyabrın 2-də ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl aşkar edilib. Sənədlər Bayden prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl 2017-2019-cu illərdə onun istifadə etdiyi ofisdə olub.

Vəkillər ofisə gəlib və orada saxlanılan sənədləri toplayıblar. Gizli sənədlər başqa, məxfi olmayan sənədlərin olduğu qutudakə qovluqda olub.

Sənədlərdə konkret nədən bəhs edildiyi, eləcə də onların hansı məxfilik dərəcəsinə aid olduğu açıqlanmır. Bununla belə, mənbələr sənədlərdə nüvə məsələləri ilə bağlı məlumatların olmadığını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi