KİV: ABŞ neftin qiymətinin artması qorxusuna görə Rusiyaya qarşı sanksiyaları məhdudlaşdırmağa məcburdur

KİV: ABŞ neftin qiymətinin artması qorxusuna görə Rusiyaya qarşı sanksiyaları məhdudlaşdırmağa məcburdur ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya və İranın enerji sektorlarına həddən artıq sanksiya təzyiqi göstərə bilməz, çünki bu, bütün dünyada neftin qiymətinin qalxmasına səbəb olacaq.
Digər ölkələr
26 İyun , 2024 13:20
KİV: ABŞ neftin qiymətinin artması qorxusuna görə Rusiyaya qarşı sanksiyaları məhdudlaşdırmağa məcburdur

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya və İranın enerji sektorlarına həddən artıq sanksiya təzyiqi göstərə bilməz, çünki bu, bütün dünyada neftin qiymətinin qalxmasına səbəb olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

“Prezident Bayden amerikalı istehlakçılar üçün yanacaqdoldurma məntəqələrində ən aşağı qiymətləri təmin etmək üçün mümkün olan hər şeyi etmək istəyirdi, çünki bu, vətəndaşların gündəlik həyatına birbaşa təsir edir”, – qəzet ABŞ prezident administrasiyasının yüksək vəzifəli rəsmisindən sitat gətirib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin keçmiş rəhbəri Con Smit isə bildirib ki, Vaşinqton və onun müttəfiqləri həddi aşmamaq və Qərb iqtisadiyyatlarının fəaliyyətinə xələl gətirməmək məqsədilə yeni sanksiyaların tətbiqinə çox ehtiyatla yanaşırlar.

Son xəbərlər

Orphus sistemi