İranın İsraildə zərbə endirə biləcəyi hədəflər məlum olub - YENİLƏNİB

İranın İsraildə zərbə endirə biləcəyi hədəflər məlum olub - YENİLƏNİB ABŞ HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə avqustun 8-9-da İrandan və Livanın “Hizbullah” hərəkatından cavab tədbirləri gözləyir.
Digər ölkələr
7 Avqust , 2024 17:22
İranın İsraildə zərbə endirə biləcəyi hədəflər məlum olub - YENİLƏNİB

İran İsrailə hücum zamanı Qüds və Təl-Əvivdəki hökumət binalarına, o cümlədən, Baş nazir Benyamin Netanyahunun ofisi ilə parlament binasına zərbə endirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Defapress" portalı məlumat yayıb.

Mümkün hədəflər arasında Təl-Əvivdəki Ben-Qurion hava limanı, Hayfa şəhərindəki hava limanı və ölkənin cənubundakı Ramon hava limanı, o cümlədən 8 aviabaza, üç liman və bir sıra enerji infrastrukturu obyektləri var.

15:51

ABŞ HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İran və Livanın “Hizbullah” hərəkatının avqustun 8-9-da İsrailə hücum edəcəyini gözləyir.

"Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

"İlkin qiymətləndirmələrə görə, hücumun həftənin əvvəlində olacağı gözlənilsə də, son kəşfiyyat məlumatları bunun cümə axşamı və ya cümə günü axşam saatlarına qədər təxirə salına biləcəyini göstərir", - məlumatda bildirilib.

Qeyd olunub ki, ABŞ rəsmiləri İranın cavab formasını, həmçinin mümkün hücumun “Hizbullah”, yaxud İraq və ya Yəməndəki digər qruplarla koordinasiyalı şəkildə həyata keçiriləcəyini müəyyən etməyə çalışırlar.

Son xəbərlər

Orphus sistemi