Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
“Böyük Vətən Müharibəsində Rusiyanın Qələbəsinin 75-ci ildönümü münasibətilə KXDR hökuməti və xalqı adından sizə, dost hökumətə və xalqınıza ürəkdən təbriklər və salamlar göndərirəm. 75 il əvvəl Rusiya xalqı misli görünməmiş qəhrəmanlıq və fədakarlıq göstərərək, bəşəriyyətin taleyini təhdid edən faşizmə qarşı ədalətli müharibədə Böyük Qələbəni əldə edib, bununla da vətənlərini və bütün dünyanın sülh və təhlükəsizliyini müdafiə edib”-deyə, məlumatda qeyd olunub.