KİV: Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh Sanada dəfn olunub

KİV: Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh Sanada dəfn olunub Bakı. 6 dekabr. REPORT.AZ/ Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh dekabrın 6-na keçən gecə respublikanın paytaxtı Sanada dəfn edilib.
Digər ölkələr
6 Dekabr , 2017 13:10
KİV: Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh Sanada dəfn olunub

Bakı. 6 dekabr. REPORT.AZ/ Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh dekabrın 6-na keçən gecə respublikanın paytaxtı Sanada dəfn edilib.

"Report" Səudiyyə Ərəbistanının "Acil" portalına istinadən xəbər verir ki, respublikanın keçmiş prezidenti ilə vida mərasimi keçirilməyib, dəfn mərasimində mərhumun 5 qohumu iştirak edib.

Xatırladaq ki, daha əvvəl Ərəb KİV-i "Ansarullah" (husilər) hərəkatının üzvlərinin dekabrın 4-də öldürülən Əli Abdulla Salehin meyitinin qohumlarına yalnız onunla vida mərasimi keçirilməyəcəyi təqdirdə veriləcəyini bildirdiyini yazmışdı.

Qeyd edək ki, Yəmənin paytaxtı Sanada noyabrın 29-dan etibarən bir müddət əvvəl hökumətə qarşı müttəfiq kimi çıxış edən qüvvələr - husilər ilə Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar davam edir.

Son xəbərlər

Orphus sistemi