​KİV: NATO-nun səhv bombardmanı nəticəsində Əfqanıstanda 17 polis ölüb

​KİV: NATO-nun səhv bombardmanı nəticəsində Əfqanıstanda 17 polis ölüb Yanlış bombalanmanın qurbanları narkotiklərə qarşı mübarizə qurumunun əməkdaşlarıdır
Digər ölkələr
7 Sentyabr , 2015 18:05
​KİV: NATO-nun səhv bombardmanı nəticəsində Əfqanıstanda 17 polis ölüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün beynəlxalq hərbi birləşmələrin səhvən Əfqanıstan polisinin mövqeyini bombalaması nəticəsində azı 17 asayiş keşikçisi həyatını itirib.

"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Əfqanıstanın cənubunda yerləşən Gilmend əyalətində baş verib. Yanlış bombalanmanın qurbanları narkotiklərə qarşı mübarizə qurumunun polisləridir.

NATO-nun başçılıq etdiyi beynəlxalq təhlükəsizlik qüvvələri hadisəyə hələlik münasibət bildirməyib. 

Son xəbərlər

Orphus sistemi