​KİV: Liviyada İŞİD 35 misirlini qaçırıb

​KİV: Liviyada İŞİD 35 misirlini qaçırıb "İslam Dövlətinin" 2 radikal qruplaşmasının yaraqlıları ən azı 35 nəfəri qaçırıb
Digər ölkələr
17 Fevral , 2015 12:47
​KİV: Liviyada İŞİD 35 misirlini qaçırıb

Bakı. 17 fevral. REPORT.AZ/ Onlarla misirli qaçırılaraq, "İslam Dövləti" qruplaşmasının  nəzarətində olan bölgələrə aparılıb. Bu barədə "Report" "International Business Times"a istinadən xəbər verir.

Yerli KİV-də belə bir məlumat yayılıb ki, "İslam Dövlətinin" 2 radikal qruplaşması yaraqlıları əsasən fermerlər olmaqla azı 35 nəfəri qaçıraraq girov götürüb.

Belə ki, "Libya Herald" bildirib ki, bu yeni insan oğruluğu  Misir borbardmançı təyyarələri tərəfindən Liviyanın Derna şəhərindəki İŞİD yaraqlılarının bazalarına aviazərbələrin endirilməsindən sonra baş verib. 

Misir aviasiyası Liviyanın hökumət qoşunları ilə birgə İŞİD-in bazaları və silah anbarlarına aviazərbələr endirib.  Nəticədə 50 yaraqlı öldürülüb. 

Son xəbərlər

Orphus sistemi