Hollandiya polisi radiostansiya binasında qadını girov saxlayan şəxsi saxlayıb - YENİLƏNİB

Hollandiya polisi radiostansiya binasında qadını girov saxlayan şəxsi saxlayıb - YENİLƏNİB İnsidentə baxmayaraq, radionun yayımı davam edir
Digər ölkələr
17 Avqust , 2017 12:24
Hollandiya polisi radiostansiya binasında qadını girov saxlayan şəxsi saxlayıb - YENİLƏNİB

Bakı. 17 avqust. REPORT.AZ/ Hollandiya polisi Hilversyum şəhərində 3FM radiostansiyasının binasında qadını girov saxlayan şəxsi saxlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, polis qadını azad edib.


***11:28

Hollandiya KİV-ində Hilversyum şəhərində 3FM radiostansiyasının binasında insanların girov götürülməsi barədə xəbər yayılıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

KİV-in məlumatına görə, polis radiostansiyanın ofisinin yerləşdiyi binanı mühasirəyə alıb. İnsidentlə bağlı məlumatlara baxmayaraq, radionun yayımı davam edir.

Məlumata görə, naməlum şəxs binaya daxil olub və yolüstü qarşısına çıxanalara hədə-qorxu gəlib.

Son xəbərlər

Orphus sistemi