​KİV: Fransada polis terrorçuların Türk məscidinə basqının qarşısını almayıb

​KİV: Fransada polis terrorçuların Türk məscidinə basqının qarşısını almayıb Şikayətçilərə polisin cavabı: "Bu gün işimiz çoxdur, sabah gəlib şikayət edərsiniz"
Digər ölkələr
13 Fevral , 2016 10:50
​KİV: Fransada polis terrorçuların Türk məscidinə basqının qarşısını almayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Fransanın cənubunda yerləşən Marinan şəhərində Türk məscidi mədəniyyət mərkəzinə terrorçu PKK qruplaşmasının bir neçə üzvü basqın edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda mərkəzin məsullarının yaydığı açıqlamada bildirilib.

Məlumata görə, 5-6 nəfər PKK üzvlərindən ibarət qrup məsciddəki 150-200 nəfərin üzərinə taxta, dəmir parçası və daşla basqın edib. Onlar məscidə Hitlerin portretini asmaq istəyib. Həmçinin Türkiyə və türklərə qarşı təhqiredici ifadələr işlədiblər.

Məscid ərazisindəki asayişə cavabdeh olan polis isə terrorçuların bu hərəkərlərini seyr etməklə kifayətlənib. Polis terrorçuların basqınının qarşısını almaqdansa, mərkəzin iki üzvünü tutub.

"Qurum üzvləri hadisə ilə bağlı polisə şikayət etmək istəyib, ancaq Fransa vətəndaşı olan türklərin də verdiyi verginin hesabına fəaliyyət göstərən asayiş keşikçiləri "bu gün işimiz çoxdur, sabah gəlib şikayət edərsiniz" - deyiblər", - Türkiyə mətbuatı yazır.

Qeyd edək ki, ötən həftə terrorçu PKK qruplaşmasının üzvləri Fransanın Bordo şəhərindəki Türkiyə baş konsulluğunun binasına basqın edib. Onlar Türkiyə bayrağını endirib, yerinə PKK qruplaşmasının rəhbərinin portretini və rəmzini asıblar.

Məlumata görə, 100 nəfərlik qrup əvvəlcə baş konsulluğun binasının qarşısında Türkiyə əleyhinə şüarlar söyləyiblər. Bunun ardınca onlar diplomatik missiyanın binasından asılan Türkiyə bayrağını endirərək, yerinə terrorçuların rəmzi olan parçanı asıblar.

Xəbərə əsasən, Fransa polisi terrorçuların bu hərəkətini laqeydcəsinə kənardan seyr edib. 

Son xəbərlər

Orphus sistemi