KİV: Fransa ABŞ ilə fikir ayrılığına görə G7 sammitində birgə bəyanatı imzalamayacaq

KİV: Fransa ABŞ ilə fikir ayrılığına görə G7 sammitində birgə bəyanatı imzalamayacaq Bakı. 7 iyun. REPORT.AZ/ Fransa ABŞ ilə aralarında olan fikir ayrılığı aradan götürülməyənə qədər iyunun 8-9-da Kvebekdə keçiriləcək G7 sammitində Yeddilər qrupunun birgə bəyanatını imzalamayacaq.
Digər ölkələr
7 İyun , 2018 11:32
KİV: Fransa ABŞ ilə fikir ayrılığına görə G7 sammitində birgə bəyanatı imzalamayacaq

Bakı. 7 iyun. REPORT.AZ/ Fransa ABŞ ilə aralarında olan fikir ayrılığı aradan götürülməyənə qədər iyunun 8-9-da Kvebekdə keçiriləcək G7 sammitində "Yeddilər qrupu"nun birgə bəyanatını imzalamayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg"ə Fransa Prezidenti Emmanuel Makronun administrasiyasının adını açıqlamaq istəməyən nümayəndəsi bildirib.

Onun dediyinə görə, Fransa prezidentinin birgə bəyanatı imzalaması üçün İranın nüvə sazişi, ABŞ-ın Avropa İttifaqı (Aİ) ölkələrindən, Kanada və Meksikadan polad və alüminium məhsulları idxalına tətbiq etdiyi gömrük rüsumları, eləcə də Paris İqlim Sazişi kimi əsas məsələlərdə tərəqqi əldə edilməsi vacibdir.

E.Makronun fikrincə, "Yeddilər qrupu"nun digər ölkələri - Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, İtaliya və Kanada ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarının tətbiqi üzrə qərarını qarşı birlikdə çıxış etməlidir.

Son xəbərlər

Orphus sistemi