KİV: Donald Trampın kürəkəni Cared Kuşner FTB-nin nəzarəti altındadır

KİV: Donald Trampın kürəkəni Cared Kuşner FTB-nin nəzarəti altındadır FTB Donald Trampın seçkiöncəsi qərargahının Kreml və Rusiya hökuməti ilə potensial əlaqələrini araşdırır
Digər ölkələr
966
26 May , 2017 09:43
KİV: Donald Trampın kürəkəni Cared Kuşner FTB-nin nəzarəti altındadır

Bakı. 26 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın kürəkəni, eyni zamanda prezidentin müşaviri vəzifəsini tutan Cared Kuşner D.Trampın seçkiöncəsi qərargahının Moskva ilə əlaqələrinin araşdırılması işi üzrə Federal Təhqiqatlar Bürosunun (FTB) ciddi nəzarəti altındadır.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, FTB 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə qədər D.Trampın seçkiöncəsi qərargahının Kreml və Rusiya hökuməti ilə potensial əlaqələrini araşdırır. Araşdırmaya MKİ-nin keçmiş direktoru Robert Müller rəhbərlik edir.

NBC-nin məlumatına görə, istintaq D.Kuşnerdə araşdırma ilə bağlı əhəmiyyətli məlumatların olduğunu hesab edir.

C.Kuşnerin vəkili Ceymi Qorelik artıq müştərisinin istintaqla tam əməkdaşlıq etmək niyyətində olduğunu və istənilən suala cavab verməyə hazır olduğunu bildirib.

"Washington Post"un yazdığına görə, istintaq Kuşnerin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və hansısa adı açıqlanmayan moskvalı bankirlə görüşünün detalları ilə maraqlanır.

Elə Konqresdə də Trampın qərargahının Moskva ilə əlaqələri barədə maraqlanırlar. Bu baxımdan Kuşner artıq Senatın Kəşfiyyat Komitəsində çıxış etməyə və Rusiya ilə münasibətləri haqqında olan sualları cavablamağa da razılıq verib.

Son xəbərlər

Orphus sistemi