Yuxarı
    Bağlamaq

    KİV: Donald Trampın avtomobili Belçika Kral sarayının darvazasından keçməyib

    ABŞ prezidenti sarayın həyətini piyada getməli olub© lalibre.be

    Bakı. 26 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın xidməti avtomobilinin ölçüləri böyük olduğundan ABŞ liderinin maşını Brüsseldə Kral sarayının darvazasından keçə bilməyib.

    "Report" "La Libre Belgiue" qəzetinə istinadən xəbər verir ki, avtomobilin sarayın darvazasından içəri keçə bilməməsinin səbəbi 1,2 milyon dollar dəyərindəki "Vəhşi" (The Beast) ləqəbli nəqliyyat vasitəsinin mümkün çoxsaylı hücumlardan qorunmaq üçün çox qalın qapılara və korpusa malik olmasıdır.

    Nəşrin mənbəyinin məlumatına görə, D.Tramp sarayını həyətini piyada getməli olub.

    Sarayda onu Belçika kralı Filipp və kraliçası Matilda qarşılayıb. Görüş zamanı D.Tramp həyat yoldaşı, ABŞ-ın birinci xanımı Melanya ilə birlikdə Belçikanın kral ailəsi ilə iki ölkənin əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi