KİV: "Boeing" 8 min işçisini ixtisara salmaq niyyətindədir

KİV: "Boeing" 8 min işçisini ixtisara salmaq niyyətindədir Personalın ixtisarı xərclərin azaldılması üzrə geniş miqyaslı proqram çərçivəsində həyata keçirilir
Digər ölkələr
30 Mart , 2016 12:44
KİV: Boeing 8 min işçisini ixtisara salmaq niyyətindədir

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ korporasiyası "Boeing" təxminən 8 min işçisini ixtisara salmaq niyyətindədir.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, personalın ixtisarı xərclərin azaldılması üzrə genişmiqyaslı proqram çərçivəsində həyata keçirilir.

"Boeing" işçilərin ixtisarından başqa, təchizatçıları çəkilən xərcləri azaltmaq, məhsuldarlığı artırmaq, səfər xərclərini və şirkətin podratçılarının işinə görə xərcləri azaltmaq istəyir.

Şirkətdən "The Seatle Times" nəşrinə verilən məlumatda isə ən çoxu 4 min nəfərin ixtisara salınacağı bildirilib. Eyni zamanda, korporasiya 1,6 min nəfərin könüllü şəkildə işindən ayrılacağını qeyd edib.

"Boeing Commercial Airplanes" korporasiyasının baş direktoru Reymond Konner xərclərin azaldılması proqramının səbəbini belə izah edib: "Xərcləri azaltmaqla təyyarələrimizin xidmətindən istifadə haqqını azaltmaq istəyirik. Bu addımlar "Airbus" ilə uğurla rəqabət aparmaq üçündür".

Son xəbərlər

Orphus sistemi